18 
Noy
2022
15:12
12
154
1395
Virtual karabakh

DSMF-nin artan gəlir və xərclərinin miqdarı açıqlanıb

18 Noy, 2022
15:12
1395

DSMF-nin artan gəlir və xərclərinin miqdarı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial sığorta daxilolmaları 10 ayda proqnoza nisbətən 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 10 ayında proqnozla müqayisədə 3,2 faiz və ya 146 mln. manat çox olmaqla 4 mlrd. 727 mln. manat təşkil edib. 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-oktyabr aylarında proqnoza nisbətən 4,1 faiz və ya 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub. 

Bu ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 308 mln. manat artaraq 4 mlrd. 363 mln. manata çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri