Mar
2015
13:49
86
24
5014
Virtual karabakh

Sürücülərə şad xəbər - FOTO

9 Mar, 2015
13:49
5014

Sürücülərə şad xəbər - FOTO

Bu yolun hərəkət zolaqlarının sayı artırılır.

Bakının Yasamal rayonundan yerləşən “Qələbə” kinoteatrının qarşısındakı dairənin diametri kiçildilir.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics” məlumat verib.
 
P. Mürsəliyevin sözlərinə görə, “Qələbə” kinoteatrının qarşısındakı dairədə hərəkətin buraxma qabiliyyətini artırmaq məqsədilə dairə kiçildilir və dairənin kiçildilməsi hesabına yolun hərəkət hissəsində zolaqların sayı artırılacaq.
 
“Abdulvahab Salamzadə və Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələri dairəyə çatdıqda yolun daralması baş verir və sıxlıq yaranırdı. İndi sıxlığı aradan qaldırmaq məqsədilə dairənin sahəsini kiçildirik və beləliklə yol zolaqlarının sayı artmış olur”, - deyə P. Mürsəliyev bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri