23 
Noy
2022
17:54
155
8
1393
Virtual karabakh

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Günəş panelləri ilə işıqlandırılır - FOTO

23 Noy, 2022
17:54
1393

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Günəş panelləri ilə işıqlandırılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobil şəhərciyin salınması istiqamətində işlər artıq yekunlaşdırılıb. Mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb.

Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında Günəş enerjisindən qidalanan Azərbaycan istehsalı olan panellərdən istifadə edilir. Bundan başqa, mobil şəhərcikdə Günəş enerjisindən qidalanan oturacaqlar quraşdırılıb. Bu oturacaqlarda mobil cihazları enerji ilə təmin etmək üçün avadanlıq da quraşdırılıb.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri