24 
Noy
2022
10:21
157
43
1194
Virtual karabakh

Orxan Məmmədov: “Bank sektoru ilə iş aparırıq”

24 Noy, 2022
10:21
1194

Orxan Məmmədov: “Bank sektoru ilə iş aparırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların maliyyələşmə ilə bağlı problemlərinin həll edilməsi üçün Azərbaycan Mərkəzi Bankı (AMB) və kommersiya bankları ilə iş aparır”.

“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi, AMB, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Azərbaycandakı şirkətlərin 99%-i KOB subyektləridir. Bu baxımdan bankların əsas müştəriləri də KOB-lardır. Tez-tez bank sektoru ilə görüşlərimiz olur və çalışırıq ki, sahibkarların problemlərini onlara çatdıraq. Əsas problemlərdən biri girov məsələsidir. Bununla bağlı işçi qrupu yaradılıb və hesab edirəm ki, tezliklə bu sahədə də irəli gedə biləcəyik. Banklar sahibkarlarla daha çox ünsiyyət, düzgün təmas qursa, onların problemləri daha tez eşidilər, daha tez həll edilər. Təbii ki, bank sahibləri də sahibkarlardır və dövlət onların marağını qoruyur. Ona görə də maliyyələşmə məsələsini həm sahibkarların, həm də bankların maraqlarına uyğun həll etmək lazımdır”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri