28 
Noy
2022
14:24
15
46
831
Virtual karabakh

Cari ilin 10 ayı ərzində nə qədər mülkiyyət hüququ qeydiyyatı aparılıb?

28 Noy, 2022
14:24
831

Cari ilin 10 ayı ərzində nə qədər mülkiyyət hüququ qeydiyyatı aparılıb?

Bu ilin 10 ayı ərzində 294 068 çıxarış verilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur.

Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 294 068 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

10 aylıq göstəricinin 70 558-i (24%) ilkin, 223 510-u (76%) isə təkrar qeydiyyatın payına düşüb.

Qeyd edək ki cari ilin yanvar-oktyabr ayları ərzində ilkin qeydiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 31,3% artıb.  

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41 040-ı fərdi yaşayış və bağ evi, 75 387-si mənzil, 167 909-u torpaq sahəsi, 2 927-si qeyri-yaşayış binası, 6 100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkin sahəsidir.

10 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,4%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri