30 
Noy
2022
12:48
224
11
2825
Virtual karabakh

DGK rəsmisi: “Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından azad ediləcək”

30 Noy, 2022
12:48
2825

DGK rəsmisi: “Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından azad ediləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır”.

Trend-in məlumatına görə, bunu noyabrın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev “Ticarət və ixracat” adlı forum zamanı deyib.
Onun sözlərinə görə, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir.

“Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən “Yeni gömrük, gələcəyə baxış” proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək “e-customs” portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri