Dek
2022
11:12
56
129
1072
Virtual karabakh

Mikayıl Cabbarov: “Torpaqlarımızın azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır” - FOTO

1 Dek, 2022
11:12
1072

Mikayıl Cabbarov: “Torpaqlarımızın azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kiçik və orta biznesin inkişafı ölkənin inkişaf tempini gücləndirir”.

Oxu.Az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda INSME-nin 18-ci illik toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin inkişafına təsir edən amillərdən biri işğal idi:

“Ölkənin inkişafına təsir edən əsas amillərdən biri işğal, əhalinin məcburi köçkünə çevrilməsi idi. Ərazilərimizi iki il öncə azad etdik. Bərpa işləri aparırıq. Burada insan kapitalının xüsusi rol oynadığını görə bilərik. Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır, iqtisadiyyatın inkişafında böyük rol oynayır. İqtisadiyyatın inkişafı göz önündədir”.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri