Dek
2022
12:08
32
85
916
Virtual karabakh

Mikayıl Cabbarov: “Əsas diqqət KOB-ların inkişafına yönəlib”

1 Dek, 2022
12:08
916

Mikayıl Cabbarov: “Əsas diqqət KOB-ların inkişafına yönəlib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qlobal iqtisadiyyatdakı fırtınalardan qaça bilmərik, əsas diqqət KOB-ların inkişafına yönəlib”. 

Oxu.Az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda milli pul vahidinin devalvasiya prosesi biznesə təsir edib: 

“Səhvlərimizin nədən ibarət olduğunu öyrəndik. Bunu dönüş nöqtəsi hesab etmək olar. Hər biri siyasətin nəticəsidir. Siyasətimiz müxtəlif sahələri əhatə edir. Tənzimləmə, vergi güzəştləri və sosial ödənişlərin strukturları dəyişdirildi. Azərbaycan yüksək mövqedə qərarlaşıb”. 

M.Cabbarov qeyd edib ki, neft və qazın gəlir vergiləri 2 dəfə artıb: “KOB-ların və sahibkarların sayı artıb. KOB-ların qeyri-neft ixracında payı 66 faizə çatıb. Gənclərin 27 faizi KOB-ların iştirakçılarıdır. Biz bəzi hədəflərə çatmalıyıq”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri