Dek
2022
14:00
40
282
5818
Virtual karabakh

Milli Məclis bəzi cərimələrin iki dəfə artırılmasını təsdiqləyib

2 Dek, 2022
14:00
5818

Milli Məclis bəzi cərimələrin iki dəfə artırılmasını təsdiqləyib

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin ikiqat artırılmasına dair layihə təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan gerçəkləşdirilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan gerçəkləşdirilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri