Dek
2022
18:00
80
21
2217
Virtual karabakh

Qida sahəsində idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib

5 Dek, 2022
18:00
2217

Qida sahəsində idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

AQTA-nın rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib. Yeniliklər şəffaflığın təmin edilməsi, eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da optimallaşdırılması və bu sahədə onlara dəstək verilməsi istiqamətində innovativ həlləri əhatə edir.

Hazırda Agentlik tərəfindən həyata keçirilən “Yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın surətinin verilməsi, “Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatında dəyişikliklərin edilməsi”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi”, “Ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan) verilməsi”, “İdxal karantin icazəsinin verilməsi”, “Daxili karantin sertifikatının verilməsi”, “Bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatın verilməsi”, “Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları idxalına icazə rəyinin verilməsi”, “Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi” və “Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi” xidmətləri tam olaraq elektronlaşdırılıb.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı AQTİS-də daha bir neçə yeni modulların hazırlanması da nəzərdə tutulur. Bu istiqamətdə görülən tədbirlər elektron xidmətlərin geniş tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, sahibkarların “Şəxsi kabinet” vasitəsilə müraciətlərinin qəbulu, kağızsız izləmə sisteminə keçid, vaxta qənaət, xidmətlərdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri