Dek
2022
18:12
654
16
2009
Virtual karabakh

Çavuşoğlu: “İnşallah, Ermənistan da ağıllanar”

5 Dek, 2022
18:12
2009

Çavuşoğlu: “İnşallah, Ermənistan da ağıllanar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq sistem “dondurulmuş münaqişə”ləri həll edə bilirmi? Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı Zəfəri Qarabağ probleminin “dondurulmuş münaqişə” olmadığını, sadəcə həllin dondurulmuş olduğunu, ATƏT-in bunu həll edə bilmədiyini, Azərbaycanın da öz problemini özünün həll etdiyini göstərdi”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hacı Bayram Veli Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bütün dünya diqqətini Türkiyə, Azərbaycan və Orta Asiya – Türk Dünyası geosiyasi bölgəsinə yönəldib:

“Şimal dəhlizi artıq alternativ yol deyil. Buna görə də təbii olaraq şərq-qərb orta dəhlizi önəm kəsb etməyə başlayıb; yəni Xəzərdən keçməklə- Orta Asiya, Qafqaz və Türkiyədən keçməklə.

İnşallah Ermənistan da ağıllanar, Ermənistan üzərindən keçəcək yolların, layihələrin də həyata keçməsi ilə onlar da bundan faydalanar. Biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq, Azərbaycan sülh anlaşması təklif etdi. Müzakirələr nəticəyə varmalıdır. Bizim də bir normallaşma müddətimiz var, amma bunu can Azərbaycanla koordinasiyalı bir şəkildə həyata keçirməyimiz olduqca təbiidir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri