Dek
2022
13:08
36
82
1311
Virtual karabakh

Nazir müavini: “Azərbaycan keyfiyyətcə yeni bir strateji mərhələdədir”

7 Dek, 2022
13:08
1311

Nazir müavini: “Azərbaycan keyfiyyətcə yeni bir strateji mərhələdədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan pandemiya və münaqişədən sonrakı dövr üçün keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyub. Bu çərçivədə Azərbaycan hökuməti qarşıdakı dövrdə ölkənin sosial-iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyənləşdirib. Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, ölkənin “yaşıl” enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və sair kimi məqsədlər hədəflənir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dünya Bankının “Azərbaycan yaşıl inkişafa doğru” hesabatının təqdimatı məqsədilə keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli səsləndirib.

Nazir müavini diqqətə çatdırıb ki, sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:

“Birinci mərhələ olan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurlu reallaşdırılması üçün təməl şərtləri işə salınacaq, 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq.

Bu baxımdan, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müəyyənləşdirilmiş “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivədə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası və təşviq edilməsi məsələləri əksini tapıb. Sözügedən prioritet daxilində iki məqsədin – yüksəkkeyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı – effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli Prioritetlərə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib.

Strategiyada növbəti ortamüddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2021-ci ildəki 17,3 faizdən 2026-cı ildə 24 faizə, tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 faizə çatdırılması, o cümlədən regionlarda 10 faiz təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub.
Eyni zamanda, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faizə artırılması hədəflənir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri