Dek
2022
18:00
33
186
9432
Virtual karabakh

20 min manatlıq əməliyyat icra edənlər araşdırılacaqlar: Bank sektorunu nə gözləyir? - FOTO

8 Dek, 2022
18:00
9432

20 min manatlıq əməliyyat icra edənlər araşdırılacaqlar: Bank sektorunu nə gözləyir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Milli Məclisdə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda sözügedən yeni layihənin hazırda qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun əvəzlənməsi üçün hazırlandığı diqqətə çatdırılıb. Həmin qanun layihəsində əksini tapan və diqqəti çəkən məsələlərdən biri odur ki, artıq Azərbaycanda 20 min manat və daha yüksək məbləğdə əməliyyatlar həyata keçirən şəxslər rəsmi şəkildə araşdırılacaqlar.

Maraqlıdır, bu addım bank sektorunda geriləməyə gətirib çıxara bilərmi? 

Mövzu barədə Oxu.Az-a danışan maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, əslində, bu, yeni bir tələb deyil, həmin qanun 15 ilə yaxındır var və şəxslərin araşdırılması məsələsi də orada əks olunub:

“Sadəcə olaraq, indiyədək elə də ciddi nəzarət etməyiblər, yəqin ki, bundan sonra nəzarət etməyə başlayacaqlar. Bu, prinsipcə, bütün dünyada var. Həqiqətən də, birdən-birə vətəndaş bu qədər pulu necə əldə edə bilər? Qanunda var ki, bank onu yoxlamalı və Maliyyə Monitorinq Xidmətinə məlumat verməlidir. Vətəndaşlar isə indiyədək banklarla necə işləyiblərsə, yenə elə işləyəcəklər. Başqa variantları yoxdur”.

Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycanda bu prosesin tam təmin edilməsi üçün digər qanunvericilik aktları yoxdur:

“Tutaq ki, vətəndaş gəlib banka pul qoyur. Bankdan: “Bu pulu necə əldə etmisiniz?” - deyə sual olunur. Qarşı tərəf də: “İllərlə yığdığım puldur”, - deyə cavab verir. Belə bir hal yaşandıqda müştəriyə nə demək olar? Heç nə. Ancaq inkişaf etmiş ölkələrdə məsələni tənzimləmək üçün paralel olaraq gəlir və xərclərin bəyannaməsi haqqında qanun var, xüsusilə də dövlət məmurlarına aiddir. Onlar hər il nə qədər gəlir və xərclərinin olduğuna dair belə bir bəyannamə verməlidirlər. Bizdə isə bu yoxdur, ona görə də qanunların çoxu formallığa çevrilir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri