13 
Mar
2015
14:03
194
20
3324
Virtual karabakh

Telefonlara icazəsiz reklam SMS-ləri göndərənlər cəzalandırılacaq

13 Mar, 2015
14:03
3324

Telefonlara icazəsiz reklam SMS-ləri göndərənlər cəzalandırılacaq

“Qarşısını ala bilmirlər...”.

Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.

Oxu.Az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

“Aparılan araşdırmalar göstərir ki, istehlakçıların mobil nömrələrinə gələn SMS-lər üç qrupa aiddir. Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Yaxın vaxtlarda bunların qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək”, - deyə Z. İsayev bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri