13 
Dek
2022
09:43
62
76
1060
Virtual karabakh

Mikayıl Cabbarov: “Biz iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq” - FOTO

13 Dek, 2022
09:43
1060

Mikayıl Cabbarov: “Biz iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnnovasiya sahəsində irəliləyişlərə nail olmaq üçün qarşıda yaxşı şanslar var. Biz iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri İllik İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, biz burada həm də mədəniyyəti təsdiq etməliyik:

“Biz bu cür konfrans ətrafında cəmləşməliyik. Bu istiqamətdə bütün qurumlarla çalışmaq lazımdır. Biz artıq innovasiyalar agentliyi ilə bir neçə əsaslı addımlar atmışıq. 3 il bundan öncə dünya iqtisadi forumunda təltif əldə etmişik. Qeyd edim ki, bu cür sektora belə mükafatların alınması nadir haldır. 2022-ci ildə bizim mükafatlandırılmağımız böyük diqqət qazandı, çünki bu təltif neft sahəsi ilə bağlı idi.

Son olaraq onu qeyd edim ki, bu gün sammitdə bizim xeyli müzakirə mövzumuz olacaq. Biz innovasiya ilə bağlı mühüm layihələr irəli sürəcəyik. Özəl və dövlət sektoru arasında mühüm danışıqlar aparacağıq, təkliflər verəcəyik”.

PhotoStock.az tədbirdən görüntülər lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri