13 
Dek
2022
12:56
40
112
972
Virtual karabakh

Nazir: “Azərbaycanın innovasiyalar məkanına çevrilməsi milli prioritetlərdən biridir”

13 Dek, 2022
12:56
972

Nazir: “Azərbaycanın innovasiyalar məkanına çevrilməsi milli prioritetlərdən biridir”

“Azərbaycanın innovasiyalar məkanına çevrilməsi və rəqabətli insan kapitalının formalaşdırılması ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiyasının beş əsas milli prioritetindən biridir”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İllik İnnovasiya Sammitindəki çıxışında deyib.

Azərbaycanda innovasiyaların tətbiqi barədə təcrübədən söz açan nazir əlavə edib ki, ənənəvi olaraq neft Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynayıb:

“Təəccüblü deyil ki, əvvəllər innovasiyaların əksəriyyəti məhz neft sənayesi ilə bağlı idi. İlk neft quyusunun qazılması, neft məhsullarının borular vasitəsilə daşınması ölkəmizdə innovasiyaların tətbiqinin dərin köklərə əsaslanmasına dəlalət edir. İkinci Dünya müharibəsi zamanı böyük azərbaycanlı alim Yusif Məmmədəliyevin innovasiyası da faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Ümumiyyətlə, ölkəmizdə innovasiyaların tətbiqi ilə bağlı çox nümunələr göstərmək olar”.

Mikayıl Cabbarov həmçinin ictimai idarəetmədə innovasiyaların tətbiqi barədə məlumat verərək, “ASAN xidmət” modelini qeyd edib.

“Yeri gəlmişkən, innovasiyalar haqqında danışarkən, Dünya İqtisadi Forumundan aldığımız son mükafat da məhz sənayedə innovasiyalarla bağlıdır. “Lighthouse Award on Innovation” mükafatı innovasiyaya verilən diqqətdən qaynaqlanır”, - deyə nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri