14 
Dek
2022
16:20
179
30
3116
Virtual karabakh

Dekabrın 15-dən AZAL Fərqanə şəhərinə reyslər açacaq

14 Dek, 2022
16:20
3116

Dekabrın 15-dən AZAL Fərqanə şəhərinə reyslər açacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

Aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytından www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.

Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, “Giriş qaydaları” bölməsindən əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri