14 
Mar
2015
12:52
100
18
2029
Virtual karabakh

Dağıstan rəhbəri Azərbaycan ilə ticarəti gücləndirməyi tapşırdı

14 Mar, 2015
12:52
2029

Dağıstan rəhbəri Azərbaycan ilə ticarəti gücləndirməyi tapşırdı

“Hakimiyyət qazanmalıdır”.

Dağıstan hökumətinə Azərbaycan, Qazaxıstan və İran ilə iqtisadi-ticari əlaqələrin yaradılmasının gücləndirilməsinə dair göstəriş verilib.

Oxu.Az RİA Dağıstan-a istinadən xəbər verir ki, bu barədə dünən respublika rəhbəri Ramazan Abdulatipov Təhlükəsizlik Şurasının iclasında bildirib.

Dağıstanın iqtisadi perspektivləri nöqteyi-nəzərindən beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin mühümlüyünü qeyd edərək, Ramazan Abdulatipov vurğulayıb:

“Bu gün respublikanın xarici iqtisadi münasibətlərinin inkişafı üzrə iş zəifdir, bu vəziyyət işə yaramır. Əsasən regionlararası əlaqələr inkişaf edir, nəinki, dövlətlərarası münasibətlər.

Xəzərdə işi fəallaşdırmaq lazımdır və Rusiyanın Mahaçqalada XİN nümayəndəliyi bu prosesə koordinatorluq etməlidir. Eləcə də balıqçılıq istehsalat müəssisələrinin də işini bərpa etmək lazımdır.

Ramazan Abdulatipov xarici ticarət əlaqələrinin yaradılması məqsədi ilə Parlament rəhbərliyinin və Dağıstan Respublikası Hakimiyyətinin Xəzəryanı dövlətlərə səfərini təşkil etməyə dair göstəriş verib.

“Dağıstan hakimiyyəti qazanmalıdır. Həştərxan vilayətinin İran ilə mal dövriyyəsi 732 milyon dollardır, Dağıstanla isə 160 milyondan ibarətdir. Eləcə də Həştərxan vilayəti, Çeçenistan və İnquşetiya respublikaları ilə birgə layihələr hazırlamaq lazımdır”, - respublika rəhbəri bildirib.

O həmçinin gələn il “Xəzəryanı dövlətlərin regioanlararası əməkdaşlığı” mövzusunda forumun hazırlanmasına dair göstərişi də səsləndirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri