16 
Mar
2015
15:05
1
3
751
Virtual karabakh

İki ayda Azərbaycanda nə tikilib?

16 Mar, 2015
15:05
751

İki ayda Azərbaycanda nə tikilib?

Dövlət Statistika Komitəsi məlumat yaydı.

Son iki ayda, yəni yanvar-fevral aylarında Azərbaycanda tikinti işlərinə 1 milyard 697,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox vəsait xərclənib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, həmin vəsaitin 1 milyard 247 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Həmin kapitalın 886,5 milyon manatı yerli mənbələrdən əldə edilib. 

Qeyd edək ki, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadratmetr yaşayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri