31 
Dek
2022
18:28
15
80
3606
Virtual karabakh

“Financial Times” 2023-cü il üçün proqnozlarını açıqladı - SİYAHI

31 Dek, 2022
18:28
3606

“Financial Times” 2023-cü il üçün proqnozlarını açıqladı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Financial Times” müəllifləri 2023-cü il üçün illik proqnozlarını açıqlayıblar. Bunların arasında Aİ ölkələrinin elektrik problemi, Ukraynada müharibəsi, Co Baydenin namizədliyi və s. var.

Qəzet xatırladır ki, 2022-ci il üçün müəlliflərin proqnozlarından yalnız bəziləri özünü doğrultmadı: “Tesla” səhmləri ucuzlaşdı, Demokratlar ABŞ Senatına nəzarəti saxladılar və COVID-19-un daha yoluxucu versiyası heç ortaya çıxmadı.

Bu il isə FT müəlliflərinin üzümüzə gələn il üçün proqnozları belədir.

* Ukraynada müharibə uzanacaq.

*Avropada işıqların mütəmadi kəsilməsi. FT müəllifləri hesab edirlər ki, hava kifayət qədər soyuq olarsa, bu, aprelə qədər davam edəcək.

* İlin sonunda qlobal istiləşmənin artımı 1,5 dərəcə həddi keçməyəcək.

* ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa başlamayacaq.

* Rişi Sunak Britaniyanın baş naziri olaraq qalacaq.

* Avropa Mərkəzi Bankı İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək.

* Co Bayden yenidən prezidentliyə namizəd olacaq.

* Donald Trampı yeni ittihamlar gözləyir.

* Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək.

* Pekin Tayvana girməyəcək.

* Rəcəb Tayyib Ərdoğan prezident postunu saxlayacaq.

* İranda etirazlar bitməyəcək.

* Bir sıra Afrika ölkələrini defolt gözləyir.

* S&P 500 10% olacaq. 2022-ci ildə ABŞ fond bazarının düşməsi artıq rekord həddə çatıb, lakin yaxınlaşan tənəzzül səbəbindən bu, davam edəcək.

* “Twitter” bağlanmayacaq, istifadəçilər ayrılmayacaqlar.

* Daha bir böyük kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. FTX-dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər.

* Əsas yayım platformalarının heç biri digəri ilə birləşməyəcək. Keçən il müzakirə olunan NBC-nin “Universal”la, “Warner Bros.”un “Discovery”, “Disney”in “Apple”lə və ya “Netflix”in başqası ilə birləşməsi, yəqin ki, baş tutmayacaq. Çünki platformalar hələ də COVID-19 pandemiyasından sonra gəlirlərini artırmağa çalışırlar. FT müəllifləri hesab edirlər ki, böyük sövdələşmələr 2024-cü ildə mümkün ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri