19 
Mar
2015
18:00
14
117
3504
Virtual karabakh

Uşaq geyimləri satan mağaza istehlakçıları aldadır

19 Mar, 2015
18:00
3504

Uşaq geyimləri satan mağaza istehlakçıları aldadır

Nazirlik məlumat yaydı.

İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında aparılan monitorinqləri davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qeyd edək ki, əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri