13 
Yan
2023
17:42
71
13
1068
Virtual karabakh

Dünya İqtisadi Forumunda Orta Dəhliz müzakirə olunacaq

13 Yan, 2023
17:42
1068

Dünya İqtisadi Forumunda Orta Dəhliz müzakirə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Davosda keçiriləcək Dünya İqtisadi Forumunun panel müzakirələrindən biri Orta Dəhlizin inkişaf perspektivlərinə həsr olunacaq.

“Report” təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbir iştirakçıları yanvarın 19-da Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Ukraynadakı müharibənin nəticələrinə necə uyğunlaşacağını, nəqliyyat əməkdaşlığının genişləndirilməsini, enerji infrastrukturuna sərmayə qoyuluşunu və Avropa və Asiyanın yeni geosiyasi reallıqda necə effektiv tərəfdaşlıq qura biləcəyini müzakirə edəcəklər.

Yanvarın 16-da başlayacaq forumda NATO-nun Baş katibi Yens Stoltenberqin, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin, həmçinin Almaniya, Polşa, Latviya, Litva, Kosta-Rika prezidentlərinin və digər yüksəkvəzifəli şəxslərin iştirakı gözlənilir. Dünya İqtisadi Forumu yanvarın 20-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri