23 
Yan
2023
14:20
13
123
1977
Virtual karabakh

Azərbaycanın ötən il qaytardığı və aldığı borcun miqdarı açıqlandı

23 Yan, 2023
14:20
1977

Azərbaycanın ötən il qaytardığı və aldığı borcun miqdarı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 17 739,9 milyon manatı və yaxud 55,3%-i cari xərclər, 12 533 milyon manatı və yaxud 39,1%-i əsaslı xərclər, 1 790,4 milyon manatı və yaxud 5,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 6,9% çox, 45,1% çox və 18,6% azdır.

2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma isə 976,3 milyon manat təşkil edib. Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1% çoxdur.

Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri