23 
Yan
2023
15:12
124
10
1208
Virtual karabakh

AYNA “Bakı KOB evi”ndə sahibkarlara xidmət göstərəcək

23 Yan, 2023
15:12
1208

AYNA “Bakı KOB evi”ndə sahibkarlara xidmət göstərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı KOB evi”ndə sahibkarlara xidmət göstərəcək.

Bu gündən daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını artıq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər.

Həmçinin “Bakı KOB evi”ndə AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidməti də göstərilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri