23 
Yan
2023
17:28
69
17
1283
Virtual karabakh

“AzerGold”dan saxta reklam kampaniyaları və fişinq hücumları ilə bağlı AÇIQLAMA - FOTO

23 Yan, 2023
17:28
1283

“AzerGold”dan saxta reklam kampaniyaları və fişinq hücumları ilə bağlı AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

Bu barədə “AzerGold” QSC məlumat yayıb.

“AzerGold” QSC-nin əmtəə nişanından istifadə edilməklə müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir. 

Qurumdan bildirilib ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir:

“AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik”. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri