24 
Yan
2023
12:38
38
161
4287
Virtual karabakh

Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı - YENİLƏNİB + VİDEO

24 Yan, 2023
12:38
4287

Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bununla əlaqədar Fond bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb.

İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

11:19

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

Oxu.Az xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu elektron hökumət portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri