25 
Yan
2023
17:04
57
26
860
Virtual karabakh

“Azərbaycan İnvestisiya Şirkəti” və “Star Mining” birgə müəssisə yaradıb - FOTO

25 Yan, 2023
17:04
860

“Azərbaycan İnvestisiya Şirkəti” və “Star Mining” birgə müəssisə yaradıb - FOTO

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq “Şahbulaq daş karxanası” layihəsinə dair müsabiqənin qalibi “Star Mining” MMC ilə birgə “Shahbulag Mining” MMC-ni təsis edib.

Bu barədə nazir Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

“Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədi ilə geoloji tədqiqat işləri aparılır”, - deyə o qeyd edib.

Nazirlik yanında Dövlət Vergi Xidməti “Shahbulag Mining”i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri