29 
Mar
2015
12:42
40
28
1479
Virtual karabakh

Azərbaycanın neft sektoruna 894 milyon manat investisiya qoyulub

29 Mar, 2015
12:42
1479

Azərbaycanın neft sektoruna 894 milyon manat investisiya qoyulub

Dövlət Statistika Komitəsi məlumat yaydı.

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna 893,8 milyon manat investisiya qoyulub. Bu rəqəm 2014-cü ilin müvafiq dövrünün göstəricisindən( yanvar-fevral -775 milyon manat)  15,3% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının (yanvar, fevral) yekunu üzrə hesabatında deyilir.

Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital 988,3 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 893,1 milyon manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Qeyd edək ki, elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 14,5 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 57,7% azdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri