29 
Yan
2023
14:02
49
124
2337
Virtual karabakh

AZAL-ın qadın pilotu: “Hər kəs sevdiyi işlə məşğul olsa, daha xoşbəxt olar” - YENİLƏNİB + FOTO

29 Yan, 2023
14:02
2337

AZAL-ın qadın pilotu: “Hər kəs sevdiyi işlə məşğul olsa, daha xoşbəxt olar” - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 28-də başlayan Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival başa çatıb.

Oxu.Az-ın məlumatına görə, “Qadınlar STEM”də adlı festivalında qadınları iş saatları, STEM sahəsində sayının azlığı və dördüncü sənaye inqilabında rolu üzrə ictimai müzakirələr aparılıb.

Festivalda Azərbaycanın Milli Aviadaşıyıcısının (AZAL) pilotu Könül Əfəndiyeva da çıxış edib:

“Mən pilot olmaq üçün sənədlərimi AZAL-a verən zaman ailəmə məlumat vermədim. Altı ay sonra pilot olmaqla bağlı sənədlərim qəbul olan zaman ata və anama bu barədə bildirdim. Bu zaman anam: “Kosmonavt olmayacaqsan?”, - dedi. Onlar məni dəstəklədilər. Hər bir kəs sevdiyi işlə məşğul olsa, daha xoşbəxt olar.  AZAL-a pilot kimi cəmi dörd qadın dəvət olunmuşduq. İki il orada təhsil aldıqdan sonra təyyarədə pilot kimi başladıq. Hər bir kəs qızlara dəstək olmalıdır. Onlar təhsil almalı, öz ayaqları üzərində durmalıdırlar”.

Qeyd edək ki, STEM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

Festival öz işini başa vurub.

14:02

Yanvarın 28-də başlayan Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival davam edir.

Oxu.Az-ın məlumatına görə, “Qadınlar STEM”də adlı festivalında “Qadınların neft və qaz sahələrində fəaliyyəti” mövzusunda ictimai müzakirələr aparılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, təhsil ocağında qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib:

“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilmizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olur. Fikrimcə, bu, hardasa məişət probleminin bir tərəfdən həll edir”.

SOCAR-ın baş geoloqu Arzu Cavadova bildirib ki, əgər tam olaraq sağlam mühit yaransa, qadın karyerasını heç bir çətinlik olmadan inkişaf etdirə bilər:

“Biz şirkətimizdə kimin istəyi varsa, iş qrafikinə dəyişiklik edə bilər. Hər bir işçi səhər saat 08:00-da ofisə gəlib, axşam 17:00-da çıxa bilər. Biz kişilərə də şərait yaratmalıyıq ki, evdə xanımlarına kömək edə bilsin. Bu istiqamətdə müəyyən səylər var, amma görüləsi işlər də çoxdur”.

BP şirkətinin mühəndislik meneceri Elxana İsmayılova isə bildirib ki, BP-də bu sahədə müəyyən addımlar atır:

“Dünyada baş verən koronavirus pandemiyasından sonra işçilərin 40 faizi evdə və 60 faizi şirkətdə çalışır. Analıq məzuniyyətindən qayıdan xanımlar üçün də xüsusi şərait yaradılıb. Şirkətdə ana südü ilə bəslənənlər uşaqlara görə “Analar otağı” guşəsi var. Anarlar gün ərzində körpələri ilə iki-üç saat vaxt keçirmək üçün o guşədə qala bilər. Həmin yerdə dayələr, atalar da qala bilər”.

“Schlumberger” şirkətinin Azərbaycan və Türkmənistan üzrə İcraçı direktoru Maria Yunda isə bildirib ki, 23 il əvvəl qadınları neft sahəsinə cəlb edəndə “bəxt gətirmədi” kimi düşünülürdü:

“Artıq bu hal geridə qalıb. Biz də şirkət olaraq qadınlar, yeni ana olan xanımlar üçün şərait yaradırıq. Eyni zamanda, analıq məzuniyyətindən qayıdan analar yarım ştat çalışa bilər. Bizim şirkətdə bunla bağlı olan imtiyazlar, şərait yaradılır ki, analar rahat  çalışa bilsin”.

O qeyd edib ki, gələcəkdə məsafədən işləmək imkanları artacaq:

“Bu məsə yalnız qadınlara şamil olunmur. Yeni ata olan kişilər də atalıq məzuniyyəti gedə bilərlər”.

SOCAR-da menecer vəzifəsində çalışan Yalçın Əmirbəyov isə bildirib ki, şirkət qadınların neft sahəsində çalışması üçün şərait yaradılır və müəyyən addımlar atılır. 

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilən festivalda önəmli ictimai xadimlərin və STEM mütəxəssislərinin çıxışları olacaq, tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub. 

Qeyd edək ki, STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb.
Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoyulub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri