29 
Mar
2015
20:51
76
7
2011
Virtual karabakh

Beynəlxalq sərnişindaşıma tarifləri 35% azalır

29 Mar, 2015
20:51
2011

Beynəlxalq sərnişindaşıma tarifləri 35% azalır

“Azərbaycan Dəmir Yolları” QSC məlumat yaydı.

Sabahdan başlayaraq Azərbaycanda dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər 35% aşağı salınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Oxu.Az-a verdiyi məlumata görə, 11 mart 2015-ci ildən dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər təxminən 35% artıb.

O bildirib ki, beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib. 

“Azərbaycan Dəmir Yollar” QSC bununla əlaqədar olaraq “Rusiya Dəmir Yolları” ASC-yə və “Gürcüstan Dəmir Yolları”na beynəlxalq sərnişindaşıma tariflərinin aşağı salınması barədə müraciət edib. Aparılan danışıqların nəticəsi olaraq “Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədilə 30 mart 2015-ci il tarixdən etibarən “Azərbaycan Dəmir Yolları”na məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınıb.

Eyni zamanda 15 mart 2015-ci il tarixdən etibarən Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları”na məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan dəmir yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. “Gürcüstan Dəmir Yolları” ilə “Azərbaycan Dəmir Yolları” arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri 5 aprel 2015-ci il tarixdən etibarən aşağı salınacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri