31 
Yan
2023
13:13
43
54
732
Virtual karabakh

Sənaye zonalarında məhsul istehsalı artıb

31 Yan, 2023
13:13
732

Sənaye zonalarında məhsul istehsalı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Braziliya və s. ölkələrə) ixrac edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri