31 
Yan
2023
19:16
27
78
735
Virtual karabakh

Xəzər hövzəsi genişləndirilmiş TAP ilə qaz ixracının əsas mənbəyi olaraq qalacaq

31 Yan, 2023
19:16
735

Xəzər hövzəsi genişləndirilmiş TAP ilə qaz ixracının əsas mənbəyi olaraq qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması ilə Xəzər hövzəsi bu kəmər vasitəsilə qaz ixracının əsas mənbəyi olaraq qalacaq”.

Bunu “Report”a müsahibəsində TAP AG konsorsiumunun İcraçı direktoru Luka Şippati (Luca Schieppati) deyib.

Boru kəmərinin operatoru dünən bildirib ki, şirkət xəttin genişləndirilməsinin birinci mərhələsinə başlayır və bu, Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın Avropa bazarlarına, ilk növbədə Yunanıstan, Bolqarıstan və İtaliyaya nəqlinə imkan verəcək. Beləliklə, genişləndirilmiş TAP-ın nəqlinə imkan verəcək əlavə 1,2 milyard kubmetr qaz da çox güman ki, Azərbaycanın hesabına təmin ediləcək.

“Qaz kəmərinin genişləndirilməsi həm yükgöndərənlərdən, həm də qaz alıcılarından uzunmüddətli öhdəlik tələb edən mürəkkəb layihədir. Məcburi bazar sınaq təkliflərinin ikinci mərhələsi 2023-cü ildə həyata keçiriləcək və maraqlı tərəflər müraciət edə bilərlər. Bu müntəzəm açıq mövsümlər bazar tələblərini tədricən sınaqdan keçirmək üçün qurulduğundan, TAP 2027-ci ilə qədər boru kəmərinin gücünü ikiqat artırmağa çalışır”, - L.Şippati bildirib.

O, məxfiliyi və tənzimləyici məhdudiyyətləri əsas gətirərək daha ətraflı məlumat verməkdən imtina edib.

“Biz mövcud yükgöndərənlərimiz və ya TAP həcmlərini bron etməyə maraq göstərən təşkilatlar haqqında məlumatı açıqlaya bilmərik. Lakin TAP-da həcmləri bron etmək hüququna malik bütün tərəflərin siyahısı var”, - TAP AG konsorsiumunun rəhbəri deyib.

2026-cı ildən istifadəyə veriləcək bu əlavə həcmlərin hansı şirkətlər və ya ölkələr tərəfindən bron edilməsi ilə bağlı sualı cavablandıran L.Şippati İtaliya və Albaniyada hansı işlərin görüldüyündən danışıb.

2013-cü ildə TAP qaz bazarı iştirakçılarına qaz nəqlini qadağan edən və öz həcmlərinin 50 %-ni üçüncü tərəflərə təqdim etmək öhdəliyi yaradan Üçüncü Enerji Paketinin tələblərindən azad edilib. Bu, TAP-a qazın yalnız “Şahdəniz-2” yatağından alqı-satqısına dair uzunmüddətli müqavilələr əsasında nəql etməyə imkan verir.

Şippatinin sözlərinə görə, TAP-ın Avropa tənzimləyicisinin tələblərindən azad edilməsi həm də bu kəmərin ildə ən azı 20 milyard kubmetrə qədər genişləndirilməsini əhatə edir və bütün uzunmüddətli qaz nəqli müqavilələrini tam təmin edir. Bu, bazarda qısamüddətli əsasda təklif olunan həcmlərə şamil edilmir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri