31 
Yan
2023
20:13
64
116
1569
Virtual karabakh

SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib - FOTO

31 Yan, 2023
20:13
1569

SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü il yanvarın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib.

Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olub.

Daha sonra SOCAR-ın və Boğaziçi Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf qardaş Türkiyənin qədim tarixə və zəngin təcrübəyə malik Boğaziçi Universiteti ilə birgə “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının təşkilinin əhəmiyyətindən bəhs edib. SOCAR-ın Korporativ Strategiyasından danışan  Rövşən Nəcəf bu xüsusda şirkətin müəssisələrində rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksək ixtisaslı kadr potensialının inkişafının prioritet istiqamətlər kimi götürüldüyünü qeyd edib.

“Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının önəmini vurğulayan Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci proqramın liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi, daha səmərəli idarəçiliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rektor SOCAR-ın uzunmüddətli hədəflərini və insan kapitalının inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib, “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə birgə əməkdaşlığın yüksək ixtisaslı kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov  BANM  ilə dünyanın nüfuzlu təhsil ocaqlarından biri olan Boğaziçi Universiteti arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. 2021-ci ilin noyabrında tərəflər arasında anlaşma memorandumunun imzalandığını xatırladan rektor ötən müddət ərzində universitetlərarası münasibətin gücləndirilməsi və inkişafı istiqamətində zəruri addımların atıldığını bildirib.

Daha sonra SOCAR ilə Boğaziçi Universiteti arasında “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə müqavilə, BANM ilə Boğaziçi Universiteti arasında “Birgə proqramların həyata keçirilməsinə dair” Anlaşma Memorandumu imzalanıb.

Görüşdən sonra BANM-də SOCAR-ın rəhbər heyətinin, BANM-in müəllim və tələbə kollektivinin iştirakı ilə “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının açılış mərasimi keçirilib.

Təlim proqramında Boğaziçi Universitetinin prorektoru Gürkan Kumbaroğlunun “Enerji iqtisadiyyatı” mövzusunda mühazirəsi maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri