Fev
2023
10:08
23
168
4083
Virtual karabakh

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı - VİDEO

1 Fev, 2023
10:08
4083

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsilə bağlı ilk qərarını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, uçot dərəcəsinin 0,25 faiz bəndi qaldıraraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib.

Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-ə qaldırılıb.

AMB-dan bildirilib ki, bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri