Fev
2023
11:36
146
65
771
Virtual karabakh

Agentlik sədri: “2027-ci ilədək kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur” - FOTO

1 Fev, 2023
11:36
771

Agentlik sədri: “2027-ci ilədək kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2022-2026-cı illərdə Azərbaycanın kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi hökumətin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərdən birini təşkil etməklə yanaşı, məhsuldarlığın artırılması baxımından kifayət qədər geniş inkişaf potensialının mövcud olmasına dəlalət edir:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda “Tarladan süfrəyə” prinsipi ilə qurulmuş sistemin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır”.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri