1 
Fev
2023
13:21
176
74
5313
yuxarı
Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğini təsdiqlədi
1 Fev, 2023
13:21
5313
176
74
Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğini təsdiqlədi
Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib.
“Report” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minir. Bu artım təxminən 100 min pensiyaçını əhatə edəcək.