30 
Mar
2015
14:22
61
23
2729
Virtual karabakh

“Azərişıq” yenidənqurma işlərinə start verdi - FOTO

30 Mar, 2015
14:22
2729

“Azərişıq” yenidənqurma işlərinə start verdi - FOTO

Qurum məlumat yaydı.

“Azərişıq” ASC yenidənqurma işlərinə başlayıb.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

“Azərişıq” ASC-nin məlumatına görə, elektrik enerjinin verilməsində yaranan problemlərin aradan qaldırılmasına başlanılıb:

“İstehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günlərində daxil, Səhimdar Cəmiyyətin vəzifəli şəxsləri, mütəxəssiləri regionlara olublar.

Bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində  yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir KTM-lərdir”, qurumun məlumatında deyilir.

“Azərişıq”dan verilən məlumata görə, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir:

“Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək”.

Xatırladaq ki, “Azərişıq” Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. “Azərenerji” ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq, 10 aprel 2015-ci ildə başa çatdırılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri