Fev
2023
16:42
210
45
877
Virtual karabakh

Bakıda beynəlxalq iclas: Azərbaycanın güclənən mövqeyi - ŞƏRH

2 Fev, 2023
16:42
877

Bakıda beynəlxalq iclas: Azərbaycanın güclənən mövqeyi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.

Bu cür beynəlxalq toplantı Azərbaycanın artan əhəmiyyətinin göstəricisidir. Budəfəki tədbir Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji siyasətinin Avropa üçün əhəmiyyətini bir daha qabardacaq.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya,  Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, dördtərəfli sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək.

Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

İclas Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq aləmdə dəstəklənməsinə mühüm töhfə verir.

Eyni zamanda dünyanın aparıcı dövlətlərinin Qarabağa və Şərqi Zəngəzura olan investisiya maraqlarını artırır.

Çünki Qarabağ və Şərqi Zəngəzur bərpa olunan alternativ enerji mənbələrinin cəmləşdiyi ərazilərdir. Dünya ölkələri isə sürətlə yaşıl enerjiyə keçid etdiyindən Azərbaycanın da potensialına maraq artır.

Azərbaycan bu gün yaşıl enerjini ixrac etmək üçün tərəfdaşları ilə sazişlər imzalayır. Xəzər dənizindəki bərpa olunan enerji də gələcəkdə ixraca təkan verəcək.

Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək.

Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan  yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək.

Bunlar bütövlükdə Azərbaycanın geostrateji maraqlarını gücləndirir.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri