Fev
2023
18:20
63
41
1122
Virtual karabakh

SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb - FOTO

2 Fev, 2023
18:20
1122

SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il fevralın 2-də “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”,  “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Görüş çərçivəsində SOCAR-ın Türkiyədəki fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, habelə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri