Fev
2023
13:30
105
27
751
Virtual karabakh

İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

3 Fev, 2023
13:30
751

İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin ilə görüşüb.

İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığımiz genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri