Fev
2023
17:08
127
20
1677
Virtual karabakh

“Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı” - RƏY + FOTO

3 Fev, 2023
17:08
1677

“Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə həm də Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaradılması cəhdləri iflasa uğradı. Bir daha sübut olundu ki, Azərbaycan Cənubi Qafqazda Avropa ilə əməkdaşlığı ən yüksək səviyyədə qurmuş ölkədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirib:

“Hazırda Azərbaycan Avropa İttifaqına daxil olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Rusiya-Ukrayna müharibəsinin başlanması Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb”.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında alternativsiz mənbəyə çevrildiyini deyən deputat qeyd edib ki, Avropa dövlətlərinin prezidentləri beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevi Avropada ən çox sevilən dövlət başçısı hesab edirlər:

“Azərbaycan yaşıl enerjisini Avropaya ixrac etməklə bu qitənin həyatına yeni imkanlarla daxil olur. Bu gün Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərinin 1-ci iclaslarında müzakirə olunan məsələlər də Azərbaycanın Avropa üçün çox önəmli ölkə olduğunu sübut edir”.

“Bəzi Qərb dairələri və xüsusilə erməni lobbisi tərəfindən guya Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltməyə cəhdlər edilir, Azərbaycana qarşı qara piar kampaniyaları təşkil edilir, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaradılmağa çalışılır. Amma onlar nə qədər dəridən-qabıqdan çıxsalar da bütün cəhdləri iflasa uğrayır və Azərbaycana qarşı həyata keçirmək istədikləri qara planlar özlərinə qarşı çevrilir. Avropa təkcə Fransadan ibarət deyil. Avropanın digər ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Bütün dünya Ermənistanın işğalçı mahiyyəti haqqında xəbərdardır. Bu gün Ermənistanın qurduğu ağlaşmaların da nə məqsədlərə xidmət etdikləri dünya ictimaiyyətinə məlumdur. Reallıqda isə Azərbaycanın dostlarının sayı günü-gündən artır, Ermənistan isə yenidən təklənir və bütün sahələrdə iflasa uğrayır”, - A.Badamov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri