Fev
2023
19:28
246
42
2041
Virtual karabakh

Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

3 Fev, 2023
19:28
2041

Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq hava limanları xarici aviaşirkətlərlə əməkdaşlığı genişləndirir.

Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib.

“Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur. Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir. Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır”, - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri