Fev
2023
13:40
74
22
707
Virtual karabakh

Ekspert: “Dünyada neft və qaz nəqli xəritələri yenidən formalaşdırılır”

4 Fev, 2023
13:40
707

Ekspert: “Dünyada neft və qaz nəqli xəritələri yenidən formalaşdırılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası ötən illərinkindən fərqlənib. Çünki Ukrayna ətrafında baş verən hadisələr, dünyada neft və qaz nəqli xəritələrinin yenidən formalaşdırılmasına start verilib. Bu da enerji bazarlarının yenidən qurulması ilə nəticələnək”.

Bu sözləri “Report”a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

O qeyd edib ki, enerji bazarlarının yenidən qurulması Avropa və Asiya bazarlarında yeni enerji dəhlizlərinin yaranmasına gətirib çıxaracaq:

“Rusiya qazının Ukrayna üzərindən Avropa ölkələrinə tranziti məlum səbəblərdən məhdudlaşıb. Hazırda Avropaya yalnız Sudja qaz ötürücü stansiyası vasitəsi ilə məhdud miqdarda qaz ötürülür. Rusiyanın “Qazprom” şirkəti ilə Avropa İttifaqının iştirakı ilə dörd il əvvəl bağlanmış qaz tranzit müqaviləsi də 2024-cü ilin yanvarında başa çatacaq. Gələn il “Qazprom” çətin ki, Ukrayna qaz nəql sistemi üzərindən hər hansısa bir tədarük edə. Bu şəraitdə Avropanın qaz portfelində çox güclü disbalans yaranmış olacaq”.

Z.Vəliyev bildirib ki, şimal nəqliyyat dəhlizi öz əhəmiyyətini itirirsə, Orta nəqliyyat dəhlizinin inkişafına böyük ehtiyac var: “Cənub Qaz Dəhlizinə Azərbaycan da üzvdür. Azərbaycan “yaşıl enerji” üzrə artıq müəyyən təcrübəyə malikdir”.

Ekspert qeyd edib ki, artıq bir neçə ildir ki, Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinə, yəni yaşıl iqtisadiyyata, yaşıl investisiyaların qoyulması, yaşıl kreditlərin açılması prosesi başlayıb: “Bu istiqamətdə biz artıq addımlarımızı atırıq. Qarşıdan gələn illərdə yaşıl hidrogenin istehsalı və onun nəqli məsələsi də Azərbaycanın gündəmindədir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri