Fev
2023
20:57
302
29
1014
Virtual karabakh

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır” - VİDEO

4 Fev, 2023
20:57
1014

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

Oxu.Az Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, - Nikolay Kolesnik vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri