Fev
2023
19:22
58
97
881
Virtual karabakh

SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub

7 Fev, 2023
19:22
881

SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf  və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərini müzakirə ediblər.

Bu barədə Rusiya holdinqinin açıqlamasında bildirilir.

“Aleksey Miller ilə Rövşən Nəcəf arasında işgüzar görüş keçirilib. Tərəflər şirkətlər arasında qarşılıqlı fəaliyyətin gedişini, eləcə də əməkdaşlığın inkişafı üçün mümkün istiqamətləri müzakirə ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, noyabrın 15-də “Qazprom” SOCAR ilə yeni müqavilə əsasında Azərbaycana qaz tədarük etməyə başlayıb və bu çərçivədə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrə qədər qaz tədarük edəcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri