Fev
2023
12:20
184
83
1101
Virtual karabakh

KOBİA: “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir”

8 Fev, 2023
12:20
1101

KOBİA: “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər:

“Sosial sahibkarlıq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, təlimlər, mediada məlumatlandırma kampaniyaları, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər”.

Orxan Məmmədov hesab edir ki, həmçinin qadın sosial sahibkarın sosial bizneslərin daha effektiv şəkildə idarə edilməsi üçün bir-birindən öyrənməsi, yeni bilik və bacarıqlar əldə etməsi zəruridir:

“Qadın sahibkarların cəmiyyətdə rolunun vurğulanması məqsədi ilə qadın sosial sahibkarlar arasında şəbəkələşmə və ictimai təşviqat tədbirlərinin keçirilməsi əhəmiyyətlidir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri