Apr
2015
10:04
13
96
1802
Virtual karabakh

Azərbaycan Petkimə 10 milyarddan çox sərmayə qoyacaq

3 Apr, 2015
10:04
1802

Azərbaycan Petkimə 10 milyarddan çox sərmayə qoyacaq

SOCAR məlumat yaydı.

2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin həcmi 10 milyard dolları aşacaq və bu yatırımlar hər iki ölkə üçün mühüm əhəmiyyətə malikdir.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dünən İzmir şəhərində keçirilən “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

SOCAR-ın məlumatında bildirilir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib.

“Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və İzmir valisi Mustafa Toprak SOCAR-ın “Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyib” - deyə, SOCAR-ın məlumatında deyilir.

Qeyd edək ki, tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Petkim” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri