23 
Fev
2023
19:04
79
174
2653
Virtual karabakh

“AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib” - FOTO

23 Fev, 2023
19:04
2653

“AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təkcə xarici aviaşirkətlər hesabına deyil,  AZAL da marşrut şəbəkəsini genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləmişik”. 

AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib ki, 2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulub:

“Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir”. 

Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və  Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb. 

Samir Rzayev bildirib ki, AZAL tərəfindən bu il bir çox istiqamət üzrə uçuşlara başlanması nəzərdə tutulub:

“Bu ilin mart ayından etibarən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından isə milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək”. 

Regional aeroportların fəaliyyətinə də toxunan Samir Rzayev qeyd edib ki, hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri