27 
Fev
2023
21:00
10
158
2166
Virtual karabakh

Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI

27 Fev, 2023
21:00
2166

Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll olunmasına mane olur.

“Report” xəbər verir ki, bunu “MG Consulting” şirkətinin hüquqşünası Hamlet Babayev Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada bildirib.

O qeyd edib ki, platformaya ümumilikdə 1 832 müraciət daxil olub:

“Bu müraciətlərdən 866-sı öz həllini tapıb, 411-i həll olunmaq üzrədir, 555 müraciət isə hələ həllini tapmayıb.

Yol örtüyü ilə bağlı olan, qanunsuz parklanma və sahibsiz itlər ilə bağlı məsələlər çətin həllini tapır”.

H. Babayev bildirib ki, platformaya bəzən aidiyyəti olmayan problemlərlə bağlı da müraciətlər edilir:

“Bəzi hallarda dövlət qurumları bizə problemin həll edildiyini bildirsələr də, daha sonra vətəndaşın təkrar müraciəti foto/video faktlar əsasında məlum olur ki, əslində problem həll olunmayıb”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri