Apr
2015
15:42
41
17
2150
Virtual karabakh

Heydər Əliyev prospektində görülən işlərin bir hissəsi başa çatdırılıb - VİDEO

7 Apr, 2015
15:42
2150

Heydər Əliyev prospektində görülən işlərin bir hissəsi başa çatdırılıb - VİDEO

5 km-lik hissənin 1,8 km hissəsinə asfalt-beton örtük döşənib.

Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində təmirin aparılmasında əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Oxu.Az-a verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır.
 
Artıq 5 km-lik hissənin 1,8 km hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfüqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri